Tbilisiyə uçan təyyarə geri qayıtdı

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Bilidirlib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

 

 

Gununsesi.info