16 yaşdan kiçik insanlar üçün sosial media QADAĞASI

Florida ştatının Nümayəndələr Palatası 16 yaşdan kiçik insanlar üçün sosial medianı qadağan edən qanun layihəsini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu qanun layihəsi valideyn razılığından asılı olmayaraq, bu yaş qrupundan olan bütün insanlara tətbiq olunacaq.

Qanun layihəsi sosial media şirkətlərindən 16 yaşından kiçik uşaqların istifadə etdiyi aşkar edilən hesabları bağlamağı tələb edir. Sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün Florida qubernatoru Ron Desantisin təsdiqi tələb olunur.

Digər tərəfdən, Facebook və Instagram da daxil olmaqla bir çox sosial media platformasına ev sahibliyi edən Meta tərəfindən verilən açıqlamada Florida Nümayəndələr Palatasına bu mövzuda qadağa deyil, başqa bir həll tapılması çağırılıb.

“İndi bir çox gənc internetdən və proqramlardan bir çox sahələrdə, o cümlədən part-time işlərdə, ali təhsildə, dini görüşlərdə və hərbi xidmətlərdə məlumat əldə etmək üçün istifadə edir. Yaşı 16-dan az olanların sosial mediadan istifadəsini qadağan etməklə siz gəncləri digər regionlardakı həmyaşıdları ilə müqayisədə əlverişsiz vəziyyətdə olmaq riski ilə üz-üzə qoyursunuz”, – deyə açıqlamada bildirilir.

Gununsesi.info