
Bazar günü İraqın şimalında Kərkük yaxınlığında bombalı və silahlı hücum nəticəsində azı 9 polis əməkdaşı həlak olub.
Bu barədə Gununsesi.info BBC-yə istinadən bildirir. Məlumata görə, hücum məsuliyyətini İŞİD öz üzərinə götürüb.
Səlahiyyətlilər bildiriblər ki, hücumda polisləri daşıyan avtomobil hədəf alınıb.
Partlayışdan sonra silahlı hücum da həyata keçirilib.
Rəsmi bir hücumçunun öldürüldüyünü, digərlərinin isə hələ də axtarıldığını, iki polis əməkdaşının isə yaralandığını bildirib.
Tərcümə:
Günay