Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı

Dekabrın 3-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Gununsesi.info-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər ATƏT-in Nazirlər Şurasının 27-ci iclası ilə bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Gununsesi.info