Şadlıq saraylarında toy edənlər kimlərdir? – DİN hərəkətə keçdi

  • By arzu
  • 04 Dekabr 2020 11:53

Azərbaycanda COVID-19 səbəbilə tətbiq olunan xüsusi karantin rejiminə uyğun olaraq toy məclislərinin təşkilinə qoyulan qadağa pozulur.

Gununsesi.org xəbər verir ki, son günlər Bakının məşhur şadlıq saraylarında bir neçə toy məclisi baş tutub.

Bununla bağlı sosial şəbəkələrdə görüntülər də yayılmaqdadır.

Xəbərə görə, bu görüntülər yayıldıqdan sonra hüquq-mühafizə orqanları məsələni araşdırıb və bir neçə nəfər həbs olunub.

Gununsesi.org