Ərdoğan bu tarixdə Bakıya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub.

Türkiyə KİV-lərinin məlumatına görə, səfər 9-10 dekabrda baş tutacaq.

xxx

11:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.

Gununsesi.info