113 rus əsgərini öldürən “Kabus” danışdı – Açıqlamaları dünya mediasinda rezonans doğurdu

“Kabus” ləqəbli snayper indiyə qədər döyüşdə təkbaşına 113 rus əsgərini öldürdüyünü bildirib. Bəzi missiyalarda yerini tərk etmədən saatlarla eyni mövqedə gözlədiyini qeyd edən “Kabus”un açıqlamaları dünya mediasında rezonans doğurub.

Gununsesi.info xəbər verir ki, Rusiyanın aylardır davam edən Ukraynaya hücumunda ən qanlı toqquşmalar ölkənin şərqindəki kiçik bir şəhər olan Baxmutda baş verib. Müharibədən əvvəl 70 min insanın yaşadığı bu kiçik şəhər, sonradan demək olar ki, dağıdılıb. Müharibə zamanı Rusiya ordusu şəhərin kənarında gözlədiyi halda, o zaman içəridəki əməliyyatları “Vaqner” qrupu öz üzərinə götürüb. Baxmutda 8 oktyabr 2022-ci ildə başlayan qarşıdurmalar düz 224 gün sonra 20 may 2023-cü ildə sona çatıb və şəhər Rusiyanın nəzarətinə keçib.

Rus komandirlərinin də Baxmutu ələ keçirmək üçün hərbi səbəbləri var. Ümid edilirdi ki, şəhər daha çox ərazi qazanması üçün bir addım ola bilər. “Vaqner”in lideri Yevgeni Priqojin Baxmutun tutulmasında həm öz reputasiyasını, həm də şəxsi ordusunu riskə atıb. O, muzdlularının rus ordusundan daha yaxşı bacardıqlarını göstərməyə ümid edirdi. O, minlərlə məhbusu ordusuna daxil etmişdi. Bu insanların çoxu Ukrayna müdafiə bölmələri ilə toqquşmalarda ölüb.

Əslində, Baxmut Ukrayna üçün kritik şəhər deyil. O zaman Kiyev administrasiyasının yeganə məqsədi rus ordusunun tərkibində döyüşən muzdluları mümkün qədər zərərsizləşdirmək idi. Bu səbəbdən də hər iki tərəf üçün ən kritik məsələ əsgər itkisi idi.

Son 9 ayda ABŞ istehsalı “Barrett M107A1” snayper tüfəngi ilə 113 rus əsgərini öldürən xüsusi təyinatlı əsgər öz komandasının bir gündə 558 rusu öldürdüyünü iddia edib. Son aylarda Ukraynanın əks-hücumlarına qarşı məsafəni azaltdıqlarını ifadə edən “Kabus” atışların ümumiyyətlə 70 metrdən edildiyini qeyd edib.

“İnsider”ə açıqlamasına davam edən adı açıqlanmayan komandir, “Hücum planlaşdırıldığı zaman bizim vəzifəmiz əvvəlcə içəri girib ərazini təmizləməkdir” deyib. Gündə 16 saata qədər eyni mövqedə gözlədiklərini xatırladan şəxs, istifadə etdikləri silahların ümumiyyətlə ABŞ istehsalı olduğunu, eyni zamanda Ukrayna istehsalı olan bəzi tüfənglərdən də istifadə etdiklərini bildirib.

Gördüyü işin çox çətin olduğunu və insanları öldürməyin onu psixoloji cəhətdən yorduğunu qeyd edən əsgər yaşadıqlarının ABŞ istehsalı filmlər kimi olmadığını söyləyib. “24 saat işləyirik, gecə ilə gündüzü ayırmırıq. Həftə sonları yoxdur. Siz tamamilə yoruldunuz, bütün enerjiniz tükəndi və bir missiyadan qayıtdığınız zaman qarışıqsınız”, – deyə o bildirib.

Səid Əhmədli
Gununsesi.info