
Türk Dövlətləri Təşkilatının (TDT) beş üzvü notariat prosedurlarını asanlaşdırmaq üçün Türk Dünyası Notariatları İttifaqını yaradır.
Gununsesi.info xəbər verir ki, Türkiyənin Ədliyyə Nazirliyindəki mənbələrdən “Anadolu” agentliyinə verilən məlumata görə, birliyin yaradılmasına dair Memorandum oktyabrın 5-də Ankarada imzalanacaq.
Türk dövlətləri arasında İttifaqın yaradılması ilə notariat fəaliyyəti sahəsində bir çox əməkdaşlıq layihələri həyata keçiriləcək.
TDT-nin üzvləri arasında türk dünyasında həyata keçirilən notariat hərəkətlərinin ekvivalentliyi təmin ediləcək, notariat qanunvericiliyi və təcrübəsi ilə bağlı təcrübə və məlumatlar mübadiləsi aparılacaq.
Beləliklə, türk dövlətlərinin vətəndaşları tərəfindən həyata keçirilən notariat prosedurları daha da sürətləndiriləcək və sadələşdiriləcək.
Mərasimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistanın ədliyyə nazirləri və Qırğızıstanın ədliyyə nazirinin müavini iştirak edəcək.
Səid Əhmədli
Gununsesi.info