
2022-ci il aprelin 27-də dünyanın ən nüfuzlu reytinqtəşkilatlarından biri olan “Times Higher Education” (THE) 2022-ci il üçün BMT-nin “Dayanıqlı İnkişafMəqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinəgörə fərqlənən ən yaxşı dünya universitetlərinimüəyyənləşdirərək “THE University Impact Rankings 2022” reytinq cədvəlini açıqlayıb. Reytinqin 4-cü nəşrinə 106 ölkədən 1406 universitet daxil edilmişdir.
Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrəən yüksək nəticə göstərərək reytinq cədvəlində 601-800 aralığında qərarlaşıb.
Xəzər Universiteti Təhsilin keyfiyyəti üzrə 201-300 aralığında yer tutaraq, təhsil sahəsindəki öz keyfiyyətgöstəricisini bir daha təsdiqləyib. Beləliklə, XəzərUniversiteti sahələrin 1-i üzrə 101-200-cü yerdə, 2-si üzrə 201-300-cü yerdə, 4-ü üzrə 301-400-cü yerdə, 1-i üzrə 401+ yerdə, 3-ü üzrə 601-800-cü yerdə, 7-i üzrəisə 401-600-cü yerdə qərarlaşmışdır.
Reytinqlə tanışlıq üçün bu linkdən istifadə etmək olar: