
Ötən il dekabrın əvvəlində məşq zamanı qəza keçirərək komaya düşən niderlandlı velosipedçi Emi Piters komadan ayılıb.
Qeyd edək ki, o zaman beyninə qan sızan velosipedçi təcili İspaniyanın Alikante şəhərinə aparılaraq əməliyyata qaldırılmışdı.
Həkimlər qeyd ediblər ki, hazırda Emi Pitersin şüuru üstündədir və tibb işçiləri ilə qeyri-şifahi ünsiyyət qura bilir.
Məlumat üçün qeyd edək ki, Emi Piters 2019, 2020 və 2021-ci illərdə keçirilən velosiped üzrə dünya çempionatının qalibi olub.
Gununsesi.info