Əfv Komissiyası bu gün də toplaşır

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, iclasda məhkumların müraciətlərinə baxılacaq, müvafiq qərarlar müzakirə olunacaq.

Komissiyanın ötən iclasında 100-dən çox müraciətə baxılmışdı.

Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Gununsesi.info