
İranda baş qaldıran aksiyalarda həbs edilən gənc qız Bitə Haqani Nəsimini 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Gununsesi.info İranda İnsan Haqları Fəalları (HRAİ) təşkilatına istinadən bildirir.
Məlumata görə, Naqani, həmçinin iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub və “cinayəti törətmək vasitələrini müsadirə etmək” cəzasına məhkum edilib.
Bu hökmə əsasən, Haqani “yer üzündə fitnə-fəsad yaymaqda” bəraət qazanıb. Lakin o, digər ittihamlara görə 18 il cəza alıb. İslam Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, bu hökm apellyasiya şikayəti əsasında qüvvədə saxlanılsa, bir maddə üzrə beş il həbs cəzası tətbiq olunacaq.
Onun vəkili Məcid Kaveh bu hökmün verildiyini təsdiq edərək, apellyasiya şikayətinin məqbul olduğunu bildirib.
18 oktyabr 2022-ci ildə təhlükəsizlik qüvvələri 22 yaşlı Haqanini Saridə həbs etdi və dindirməni bitirdikdən sonra onu Qaem Shahr həbsxanasında həbs edib.
O, “yer üzündə korrupsiya yaymaqda” ittiham olunurdu.
Qeyd edək ki, ümummilli etirazlar başlayandan bəri jurnalistlər, hüquqşünaslar, müəllimlər, tələbələr və vətəndaş hüquqları müdafiəçiləri də daxil olmaqla 19400-ə yaxın insan həbs edilib.
İranda baş verən ümummilli etirazla bağlı daha ətraflı məlumat və statistika üçün HRANA-nın əhatəli hesabatını burada oxuyun.
Tərcümə:
Afət