
Venesuela Milli Seçki Şurası parlament seçkilərində səsverməni seçicilərin çoxluğu səbəbindən ən az bir saat – yerli vaxtla bazar günü saat 19:00-a (04:00, 07 dekabr GMT+4) qədər uzadıb.
Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu bazar günü seçki çurasının vitse-prezidenti Leonardo Morales açıqlayıb.
“Seçki məntəqələrinin işini saat 19:00-a qədər və ya insanların səs vermə növbəsində olduğu müddətə qədər uzatmağa qərar verdik”, – çıxışı “Telesur TV”də yayımlanan Morales deyib .
Venesuelada parlament seçkiləri üçün seçki məntəqələri 6 dekabr yerli vaxtla 06:00-da (15:00, GMT+4) açılıb və seçicilər 227 millət vəkili seçməlidirlər.
Bildirilir ki, 107 siyasi qüvvədən 14 min namizəd parlamentdə yer almaq üçün müraciət edib.