Politoloq həmkarının cavabını verdi: “Ermənilərin qüruru var, bizim yoxdur?..”

  • By turana
  • 05 Dekabr 2020 14:27
“Türk sülhməramlıları bölgəyə gəlməməlidir, çünki ermənilər bundan narahat olurlar” fikri nə beynəlxalq hüquqa, nə Azərbaycanın suverenliyinə, nə onun xarici siyasət xəttinə, nə də obyektiv reallığa uyğundur.
Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Arza Aslanlı politoloq deputat Rasim musabəyovun fikirlərinə münasibət bildirərkən qeyd edib. O, Azərbaycanın öz ərazisi daxilində hansı xarici dövlətin hərbçilərinin harada, hansı müddətə və hansı statusla yerləşəcəyinə özünün qərar verdiyini xatırladıb:
“Bunun heç Ermənistan ya da Rusiya birlikdə imzalanacaq hansısa bir sənədlə tənzimlənməsinə də hüquqi cəhətdən ehtiyac yoxdur. Hətta Rus sülhməramlılarının bölgəyə (Ermənistan ilə sərhədə deyil, məhz Azərbaycanın daxilinə) gəlməsi belə Ermənistan ilə razılaşdırılacaq bir məsələ deyil. Sadəcə Türk sülhməramlıların Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi məsələsinə ehtiyac olarsa bunu 3 ya da 4 tərəfli qaydada müzakirə etmək olar. Digər tərəfdən erməni tərəfinin 105 il öncəyə aid uydurma soyqırım iddiasından narahat olduqlarını tez-tez xatırladanlar, Azərbaycan xalqının son 30 ildə yaşadığı qətliamları, soyqırımları niyə unudurlar. Onların heysiyyatı, qüruru var, bəs bizim yoxdur?..
…Anlayırıq ki, regionda mürəkkəb proses gedir. Bu prosesdə Türkiyə-Rusiya münasibətləri önəmlidir. Doğruddan da imkan var ki, bu iki ölkənin münasibətlərindəki səmimiyyət artsa və Ermənistan cığallıq etməsə regionun gələcəyi daha fərqli olsun. Uzunmüdətli sülh və əməkdaşlıq mühiti yaradılsın. Amma bunun üçün bütün tərəflər beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə sadiq olmalıdır. Bölgədə zorla beynəlxalq hüquqa zidd olarq formalaşdırılmış reallığın artıq dəyişmiş olduğu da hamı qəbul etməlidir. Təbii ki, eyni zamanda bizim öz deputatlarımız, diplomatlarımız və digər bizimkilər”.