Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

  • By arzu
  • 05 Dekabr 2020 16:40

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin noyabrın 10-da imzaladıqları bəyanatın müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər”, – nazirlikdən bildirilib.

Gununsesi.org