Ermənistanın xarici işlər naziri Lavrovla görüşdü

Ermənistanın XİN başçısı Ara Ayvazyan Moskvada səfərdədir.

Gununsesi.info Rusiya KİV-ə istinadən xəbər verir ki, A.Ayvazyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Görüşdə Ermənistan-Rusiya münasibətləri, regional məsələlər müzakirə olunub. Qarabağla bağlı 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrası məsələləri də müzakirə mövzusu olub.

Gununsesi.info