Minlərlə insan işdən çıxarılacaq - Nəhəng şirkətdən ŞOK QƏRAR

Almaniyanın ən böyük hava yolları şirkəti “Lufthansa” 29 min əməkdaşını işdən çıxaracaq.

Gununsesi.info xəbər verir ki, ilin sonuna qədərprosesi gerçəkləşdirməyi planlaşdıran şirkət gələn il də işçi sayını 10 min nəfər azaldacaq.

Koronavirus pandemiyasının ağır zərbə vurduğu şirkət xaricdəki 20 min əməkdaşının da işinə son verəcək.

“Lufthansa” bundan başqa, təyyarədaxili material və qida firmasını da satıb.

Qeyd edək ki, dövlətdən gələn yardımlara rəğmən, şirkət bu il 5 milyard 600 milyon avro zərər edib. “Lufthansa” dövlətin yardımları sayəsində iflasdan xilas olmuşdu.

Şirkətin pandemiyadan əvvəl 109 min əməkdaşı vardı.

Gununsesi.info