
Çinin “Quança” veb-saytının istifadəçiləri, BRİKS ölkələri liderlərinin son iclasındakı çıxışından sonra Rusiya lideri Vladimir Putini cəmi iki sözlə təsvir ediblər.
Gununsesi.info xəbər verir ki, Moderator.az Rusiya mediasına istinadən bildirib. Söhbət V.Putinin sözügedən nitqində Çinin “COVID-19” ilə mübarizədə qazandığı uğurları tərifləməsinə həmin ölkə vətəndaşlarının reaksiyasından gedir.
Rusiya prezidenti həmin çıxışında bildirib ki, koronavirusla mübarizədə bütün dünya Çindən nümunə götürməlidir. Məhz bu cür nitqinə görə çinlilər Putini “dürüst və praqmatik lider” adlandırıblar.
“Belə praqmatik lider dünyanın yersiz probelmlərdən xilas edə bilər…” -deyə şərhçilərdən biri vurğulayıb.