
Türk siyasi tarixinin ən kəskin dönümlərindən biri olaraq tanıdılan 14 my Prezidentlik və Parlament seçkilərinə ölkələrarası mediada ciddi maraq var.
Dünyaca tanınmış “Vaşinqton Post” qəzeti Türkiyədəki siyasi seçkilərlə bağlı analiz yazısı yayımlayıb. Bu seçkilərin qlobal və bölgə ölkələri üçün təsirləri ələ alınıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədəki seçkilərin önəmini vurğulayan dərgi bu seçkilərin Türkiyə-NATO münasibətləri ilə yanaşı, Suriya və Ukrayna böhranlarına yönəlik təsirlərini təhlil edib.
Analiz yazısında müxalifətin bütün həmlələrinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın öz məhəlləsində hələ də olduqca üstün olduğu yazılır.
* Hər nə qədər müxalifət partiyaları seçki öncəsində aralarındakı fərqlilikləri bir kənara buraxmağı bacarmış olsalar da, Kılıçdaroğlunun qazanması onu millətçilər, İslamçılar, layiqçilər və liberalları içində daşıyan ittifaq içindəki rəqib mənfəətlərlə mübarizə aparmaq məcburiyyətində buraxacaq.
* Analiz yazısında siyasi seçkilərin ehtimal nəticələrinin Türkiyənin NATO ilə münasibətləri, Suriya və Ukrayna böhranlarına yönəlik cümlələri bunlardır:
* Bəlkə də heç bir Avropa ölkəsi Türkiyədəki seçkiləri NATO üzvlüyü indiki iqtidar tərəfindən əngəllənən İsveç qədər yaxından izləməyəcək.
RUSİYA-UKRAYNA GƏRGİNLİYİ
Kılıçdaroğlu Prezident seçiləcəyi durumunda, Türkiyə-Rusiya münasibətlərinin sağlam, güvənli bir şəkildə davam etməsini təmin edəcəyini, vasitəçilik etməyə davam edəcəyini və taxıl anlaşmasının uzadılması üçün çalışacağını, Ankaranın NATO-dakı statusunu öncəliyə alacağını vəd edir.
Tərcümə: Arzu Sayadoğlu