Vətəndaş Cənubi Koreyanın liderinə ayaqqabısını atdı

Vətəndaş Cənubi Koreyanın liderinə ayaqqabısını atdı

Bu gün Koreya Respublikası Prezidenti Mun Ce-in Milli Assambleyanın açılışı mərasimindən çıxarkən ona bir vətəndaş tərəfindən ayaqqabı atılıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə nitq söyləyib iqtidar partiya nümayəndələri ilə danışıqlar apardıqdan sonra dövlət başçısı iqamətgahına qayıtmaq üçün binadan çıxanda Cunq Mo adlı vətəndaş ayaqqabılarını çıxararaq ona tərəf atıb.

Polis tərəfindən saxlanılan həmin şəxs deyib: “Mən bunları Prezident Muna atdım. Özümü təhqir edilmiş və alçaldılmış hiss edirəm. Onun da hörmətsizlik və ayıb hiss etməsini istədim”.

Həmin vətəndaşın dövlət başçısına qarşı ədavətinin səbəbləri açıqlanmayıb.

 

 

Gununsesi.org

COMMENTS