“Koronavirus pandemiyası başlanan zaman Azərbaycanın Türkiyədə olan bəzi şirkətləri dərhal öz istehsalını virusla mübarizəyə uyğun olan məhsulların hazırlanmasına yönəltdi”.
Gununsesi.org-un məlumatına görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib.
Onun sözlərinə görə, nəticədə, Türkiyənin idxalı azalıb:
“Türkiyə lazım olan məhsullarla təmin edildi. Çalışmalıyıq ki, COVID-19-la birlikdə mübarizə aparaq və gücümüzü göstərək. Bu dövrdə Türkiyə 130-dan, Azərbaycan isə 30-dan çox ölkəyə dəstək verib. Edilən dəstəklər arasında öz istehsallarımız da vardı ki, bu, iqtisadi cəhətdən müəyyən gücümüzü göstərdi. Biz bununla öz fəaliyyətimizi məhdudlaşdırmamalıyıq”.
Səfir bildirib ki, son iki-üç gündə Ermənistan tərəfindən Azərbaycana qarşı təxribat göstərdi ki, Azərbaycan və Türkiyə iqtisadi sahədə əməkdaşlığı artırmalıdır:
“Burada xüsusi olaraq müdafiə sənayesi üzrə əməkdaşlıq artırılmalıdır. İş adamları bir-biri ilə əlaqədə olmalıdır. Fikrimcə, ümumi dövlət strategiyası və xarici siyasətimiz üçün məhz innovativ, müasir tələblərə uyğun iqtisadi əməkdaşlıq önəmlidir”.
Gununsesi.org
COMMENTS