Bu gün Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxub, 8 nəfər isə vəfat edib.
Bu barədə Gununsesi.org-a Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 561 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 26 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 17 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib, 8 575 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində ümumilikdə 601 500 test aparılıb.
Gununsesi.org
COMMENTS