Vəkil Fransada yaşayan azərbaycanlılara müraciət etdi

Vəkil Fransada yaşayan azərbaycanlılara müraciət etdi

Gununsesi.org-un məlumatına görə, Fransada ermənilər həyasızcasına Azərbaycanın Fransadakı səfirliynin yerləşdiyi binanın üstünə “Müharibəyə yox” şuarlarını yazıblar.

Müharibəni başlayan bunlar, torpaqları işğal edən bunlar bizə deyirlər müharibəni dayandırın.
Əslində bu vandallıqdır, çünki tarixi binanın fasadı korlanıbdır.
Fransa qanunlarına görə binanın fasadını korlamaq cinayət və ya inzibati pozuntu sayılır və bunları törədənlərin qanunla cəzalandırılması üçün səfirliyin əməkdaşlarının zəruri addımlar atacağına şübhəm yoxdur.

Xahişim Fransada yaşayan mühacir və mühacir olmayan soydaşlarımızadır.
Qarabağ məsələsində iqtidar, müxalifət söhbəti olmamalıdır.

Ermənistanın diplomatik nümayəndəliyinin yerləşdiyi binanın üzərinə (fasadı korlamadan və qanunu pozmadan) “İşğalçı Ermənistan, aqressor” və s. tipli plakat yapışdırın, hansısa formada aksiya keçirdin.

Bu aksiyanı keçirtməklə xalqımızın bu məsələdə vahid mövqedən çıxış etdiyini göstərin.

Vəkil Cavad Cavadov

Gununsesi.org

COMMENTS