Hakerlər zəngin amerikalı iş adamları İlon Mask, Bill Qeyts və Ceff Bezosun “Twitter” hesablarını sındıraraq, abunəçilərə göstərilən hesaba bitkoin köçürmələri barədə bildiriş göndəriblər.
Gununsesi.org “Bloomberg” -ə istinadla xəbər verir ki, hakerlər məşhur iş adamlarının adından istifadəçiləri əmin ediblər ki, qeyd olunmuş bitkoin hesabına köçürüləcək pulları ikiqat artırılacaq.
Qeyd olunur ki, ABŞ-ın “Apple” və “Uber” şirkətlərinin rəsmi “Twitter” səhifələri də hücuma məruz qalıb.
Gununsesi.org
COMMENTS