Vəkillər Kollegiyasının üzvü vəfat edib

Azərbaycanın Vəkillər Kollegiyasının üzvü Xanlar Qafarov vəfat edib.

Gununsesi.info xəbər verir ki, uzun sürən xəstəlikdən sonra vəkil bu gün səhər saatlarında dünyasını dəyişib.

HTML tutorial

Qeyd edək ki, 1952-ci il təvəllüdlü Xanlar Əjdər oğlu Qafarov Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. O, uzun müddət prokurorluq orqanlarında çalışıb.

 

Gununsesi.info