Fidan Hacıyevanın 10 yaşlı oğlu Heydər Əliyevə musiqi həsr etdi - VİDEO/FOTO

10 yaşlı bəstəkar ilk musiqisini Azərbaycanın tarixi şəxsiyyəti Heydər Əliyevə həsr edib. 

Gununsesi.info Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın övladı 10 yaşlı Çarlz Emin Neylor Heydər Əliyevin 100 illiyi münasibətilə mahnı bəstələyib.

HTML tutorial

Gənc istedadın “Öndər” adlı  ilk bəstəsinin sözlərinin müəllifi Xalq şairi Vahid Əzizdir. Fidan Hacıyevanın ifasında səslənən “Öndər” mahnısının klipi də tezliklə musiqisevərlərə təqdim olunacaq. Azərbaycanın dövlət quruculuğu tarixində əvəzsiz xidmətləri olmuş dahi siyasətçinin həyatından ilhamlanaraq yazılmış musiqinin aranjemanı Zaur Əlinindir. Sənətdə ilk addımlarını atan gənc istedada uğurlar arzulayırıq.