Vəkil: “Bandotdel” əməkdaşı mənim yanımda müvəkkilimə hədə-qorxu gəldi”

Tanınmış vəkil Elçin Sadıqov DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən narazıdır.

Gununsesi.info-nun xəbərinə görə, tanınmış vəkil adıçəkilən idarədə üzləşdiyi olaydan yazıb:

HTML tutorial

“Vətəndaş İ.H.Q-lə birlikdə Bandotdelə çağırıblar. Bundan 12-gün əvvəl bizi Baş Prokurorluğun istintaq idarəsinə də çağırmışdılar. 1995-ci ildə başqası tərəfindən edilən bir hadisəyə görə etmədiyi cinayəti etiraf etməyi tələb edirdilər. Dedilər ki, onusuz da məsuliyyətə cəlb etmə müddəti bitdiyi üçün cinayət işinə xitam verəcəklər, sadəcə olaraq o etiraf etsin və İdarə bunu açılmayan cinayətləri açmaq kimi öz uğuruna yazacaqdır. Müştərim imtina etdi, cinayət törətmədiyini dedi.

Bu səhər tezdən BMCMİ-dəyik. Bizi beşini mərtəbəyə 506-cı otağa apardılar. Otağın qarşısında idarə rəisi yaxılmışdı. Çox güman Müzəffər Həsənov idi. Müştərimə hədə qorxu gəldi, özünün başına oyun açacağı, alçadacağı və ailəsinin də başına oyun açacağı ilə hədələdi. Mən buna etiraz etdim. Bizi otaqdan çıxardılar. Amma müştərimi idarədə saxladılar.

Xahiş edirəm bunu məksimum paylaşaq ki, işgəncənin və ya qeyri insani rəftarın qarşısını vaxtında alaq.

Baş Prokurorluğun müstəntiqləri kamera ilə gəliblər, əmindirlər ki, BMCMİ “həll edəcək” onlarda olmayan cinayətin etirafını çəkib özlərinə uğur yazacaqlar”.

Elmar
Gununsesi.info