Güneyli milli fəal həbs edildi

Məlumatlara görə, keçmiş siyasi məhbus Tehranda həbs edilib. YasarTəbriziyə yaxın mənbələr bildirir ki, 6 ETTELAAT (Kəşfiyyat və Təhlükəsizlik İdarəsi) məmuru azərbaycanlı fəalın evinə hücum edərək onu həbs edib, özünün və xanımının telefonunu müsadirə ediblər.

Gununsesi.info xəbər verir ki, Yaşar Təbrizi ləqəbli Əkbər Quluzadə Tehranın Şəhriyar şəhərində yaşayan media fəalıdır. O, ötən illərdə də siyasi fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

HTML tutorial