Bu layihələr Azərbaycan Dizayn Mükafatına layiq görüldü - FOTOLAR

Tədqiqatçı-memar Kənan Haqverdiyevin Qarabağın işğaldan azad edilmiş zonalarında yerləşən layihələri nüfuzlu Azərbaycan Dizayn Mükafatına layiq görülüb.

Gununsesi.info xəbər verir ki, layihələr əsasən memorial kompleksləri ilə bağlı təklif edilib.

HTML tutorial

Təşkilat komitəsindən bildirilib ki, bu praqmatik həllər, Qarabağın ruhunu yenidən qurmaq və əbədiləşdirmək prinsipi ilə işlənib: “Şəhidlərimizə sonsuz ehtiramını təqdim edərkən eyni zamanda xalqımızın möhkəmliyini, cəsarətini və sarsılmaz ruhunu qeyd edən layihələrlə daha yaxından tanış olaq”.

Qeyd edək ki, Kənan Haqverdiyev Barselonada yaşayır və orada memarlıq fəaliyyəti ilə məşğul olur.








Gununsesi.info