
Kolumbiyanın Amazon ormanlarında 1 mayda qəza keçirən təyyarədən qurtulan 4 qardaş 1 aydan uzun müddətdir ki, axtarışda idi. Qəzadan sağ qurtulan1, 5, 9 və 13 yaşlı uşaqlar bir çox pis şərtlərlə mübarizə etmək məcburiyyətində qaldı. Bu da dünyanın danışdığı möcüzəvi qurtuluşda dair bilinənlər…
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qəzada analarını itirən uşaqlar erkən yaşlarından ov işi, balıq tutmaq, bir arada qalmağı öyrəniblər.
Uşaqların xalası onların körpəlikdən “həyatda qalma oyunları” oynadıqlarını söyləyib. Onlar hansı meyvələrin yeyilə biləcəyini, hansı meyvələrin zəhərli olduğunu bilirmişlər.
Budaq və yarpaqları toplayaraq sığınacaq tikən uşaqlar təyyarənin qırıntısının içindən un tapıblar. Öncə bu unu, sonra isə meşədən tapdıqları toxumları yeyiblər.
Məlumata görə uşaqlar qəzanın olduğu bölgədən 1,5 km. uzaqlıqdakı ağacın meyvələrini yeyərək sağ qala biliblər. Qəzanın meyvə mösümündə yaşanması onların sağ qurtuluşunu asanlaşdıran təsir olub.
Uşaqlar suyunu içə biləcəkləri yarpaqlar tapıblar. Ancaq onlardan bəzilərində zəhərli sular var. Uşaqlar şiddətli fırtınalardan da sağ qurtulublar. Üstəlik, vəhşi köpəklərdən özülərini qorumalı olublar. Eləcə də, bölgədə aktiv olduğu düşünülən silahlı qrular da uşaqların məruz qala biləcəkləri təhlükələr arasındadır.
Tərcümə: Arzu