Paşinyan Azərbaycana görə istintaqa cavab verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə məğlubiyyətə görə aparılan istintaq prosesində iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, Ermənistan istintaq komissiyası 2020-ci ilin 27 sentyabrında başlanan müharibə ilə bağlı araşdırmalar aparır.

HTML tutorial

Ermənistanın baş prokuroru Nikol Paşinyanı iyunun 20-də saat 10:00-da istintaq komissiyasının işində iştirak etməyə dəvət edib.

Qeyd edək ki, 2020-ci ilin 27 sentyabrında Ermənistanın təxribatlarına görə başlanan müharibə nəticəsində Azərbaycan torpaqlarını azad etdi. Ermənistanın biabırçı məğlubyyətinə görə Nikol Paşinyan və komandası ittiham olunur. Erməni baş nazirin iştirak edəcəyi istintaq komissiyası da bununla bağlı araşdırma aparır.

Gununsesi.info