Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə koronavirus pandemiyasının mənbəyi ilə bağlı mübahisələrə son qoyan açıqlama yayıb.
Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, təşkilat virusun yarasalardan yoluxduğunu və epidemiyanın yayılmasında heyvan bazarının rol oynadığını bildirib.
Bundan başqa, ÜST ABŞ-ın virusun Çindəki laboratoriyadan yayılması ilə bağlı iddialarının əsassız olduğunu və buna dair hər hansı sübut təqdim edə bilmədiklərini qeyd edib.
Çinin Qızılxaç rəhbəri Çen Zu pandemiya bitənədək beynəlxalq mütəxəssislərin heç birinin koronavirusun qaynağını araşdırmaq üçün ölkəyə buraxılmayacağını deyib.
Gununsesi.org
COMMENTS