Xəbər verdiyimiz kimi, bu gün səhər 06:00-dan etibarən “Bakı Metropoliteni” 39 günlük intervaldan sonra yenidən açılıb.
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, metrostansiyalar ərazisində, eləcə də qatarlarda sosial məsafənin gözlənilməsi mütləqdir.
Bununla bağlı qatarların içində elanlar yerləşdirilib. Belə ki, artıq sərnişinlər oturacaqlarda yan-yana yox, 1 oturacağı ötürərək növbətisində əyləşməlidirlər. Elanda da məhz “Sosial məsafəni saxlayın!”, – deyə qeyd edilib.
Nuran Məmmədov
Gununsesi.org
COMMENTS