“İnanıram ki, koronavirus infeksiyası sonda öz-özünə yox olacaq”.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə görüşündə deyib.
“Mən yalnız həkimlərin dediklərinə güvənirəm. Onlar virusun gedəcəyini deyirlər. Bu o demək deyil ki, o, payızda və ya payızdan sonra gedəcək. Bəzi məqamlarda bəlkə də özü yox olacaq. Ancaq peyvənd əldə edə bilsək, çox faydalı olar”, – tramp belə deyib.
Gununsesi.org
COMMENTS