Ukraynda yeraltı məktəblər tikilir

Ukraynanın ikinci böyük şəhəri Xarkovda tikilməkdə olan ilk yeraltı orta məktəbin açılışı mart ayında keçiriləcək.

Gununsesi.info-nun məlumatına görə, Unian-ın xəbərində, Rusiya sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Xarkov sənaye bölgəsindəki yeraltı məktəbin ventilyasiya və kanalizasiya sisteminin tamamlanma mərhələsində olduğu bildirilib.

Xəbərdə məktəbin mart ayında istifadəyə veriləcəyi, şəhərin mərkəzində və Xarkova yaxın Korotiçi qəsəbəsində yeraltı məktəblərin tikintisinin nəzərdə tutulduğu bildirilib.

Xarkov rəhbərliyi tələbələrin raket hücumlarına qarşı təhlükəsizliyini təmin etmək üçün aldığı qərarla 2023-cü il sentyabrın 1-dən metro stansiyalarını sinif otağı kimi istifadə edir.

Gununsesi.info