Avropa İttifaqı Şurasına sədrlik bu ölkəyə keçdi

Belçika altı ay müddətinə İspaniyadan ona verilən Avropa İttifaqı Şurasına sədrliyi öz üzərinə götürüb.

Gununsesi.info  xəbər verir ki, Avropa İttifaqı və NATO institutlarının yerləşdiyi Belçika Krallığı 2024-cü il iyunun sonuna qədər quruma sədrlik edəcək.

Daha sonra sədrlik Macarıstana keçəcək.

Ölkənin hakimiyyət orqanları vurğulayırlar ki, Brüssel sədrlik səlahiyyətlərini Ukrayna və Qəzzadakı münaqişələr, eləcə də iqlim dəyişikliyi kimi qlobal çağırış fonunda öz üzərinə götürüb.

 

Gununsesi.info