
Yunanıstanın Lesbos adasının sahillərində sahil mühafizəsi iki miqrantın cəsədini tapıb, daha 9 nəfəri xilas etmək mümkün olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” sahil mühafizəsinin sözçüsünə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, miqrantlar Ege dənizində güclü külək zamanı qayıqla adaya çatıblar. Qayıqda ümumilikdə 36 nəfər olub.
Rəsmi bildirib ki, hazırda ərazidə digər şəxslərin axtarışı davam edir.
Məlum olduğu kimi, dekabrın 20-də İspaniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi və Avropa Parlamenti miqrasiya və sığınacaqla bağlı Aİ-nin qanunvericilik bazasını dəyişdirəcək beş qanun layihəsinin əsas elementləri üzrə razılıq əldə ediblər.
İlkin razılaşmaya əsasən, cənubdakı Aİ ölkələri öz sərhədlərində daha sərt sığınacaq prosedurları tətbiq edəcək və rədd edilmiş sığınacaq axtaranları ölkədən çıxarmaq üçün daha çox səlahiyyətlərə sahib olacaqlar.
Gununsesi.info