
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda yerləşən seçki koordinasiya bürosunun qarşısında silahlı insident yaşanıb.
Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, motosikletdə olan 2 nəfər partiyanın Bahçelievlerdə yerləşən bürosunun qarşısından keçərkən onlardan biri havaya atəş açıb.
Güllələrdən 4-ü binanın yuxarı mərtəbələrinə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda polis hadisəni törədən şəxsləri axtarır.
Gununsesi.info