
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Pentaqonun çox sayda mühüm məxfi sənədlərini sızdıran şəxsin həbs olunduğunu bildirir.
Onun Massaçussets ştatı Milli Qvardiyası hərbi hava qüvvələri kəşfiyyat bölümünün hərbi qulluqçusu, 21 yaşlı Cek Teyşeyra olduğu məlum olub.
O ilkin məlumata görə Pentaqonun məxfi sənədlərini qapalı internet çatında dostları ilə paylaşıb.
Xəbər verilir ki, onun kimliyi Steam kompüter oyunları xidmətinin saytındakı profili əsasında müəyyənləşdirilib.
Teyşeyranın həbs olunması xəbərini ABŞ-ın baş prokuroru Merrik Qarland da təsdiq edib.
Onun sözlərinə görə şübhəliyə qarşı milli müdafiə ilə bağlı məxfi informasiyanın qanunsuz olaraq kənara çıxarılması və yayılması ittihamı irəli sürüləcək.
Xəbərdə deyilir ki, tam silahlanmış federal xəfiyyələr aprelin 13-də onu evində həbs ediblər.
Teyşeyranın əyində futbol maykası və şort vardı. O xəfiyyələrə müqavimət göstərməyib.
Bundan əvvəl Pentaqonun məxfi sənədlərini sızdıran şəxsin izinə düşdüyünü The Washington Post qəzeti yazmışdı.
The Washington Post məxfi sənədləri sızdıranı tapdığını yazır
Pentaqondan son illərin ən böyük məxfi sənəd sızmasının arxasında ABŞ hərbi bazalarından birinin əməkdaşı durur.
The Washington Post yazır ki, 20 yaşlarında olan həmin şəxs sənədləri “tanışlarını hadisələrdən agah etmək” məqsədilə Discord adlı qapalı çatda dərc edib.
Qəzet bildirir ki, bu qapalı messencer çatının üzvləri ilə əlaqə yarada bilib.
Bu da qeyd olunur ki, bu qrupda silah, hərbi avadanlıq və Xristianlığa maraq göstərənlər birləşib.
Qapalı çata giriş yalnız dəvətlə idi.
Gununsesi.info