Naxçıvan Ali Məclisinin sədr əvəzi Azər Zeynalov: “Vasif Talıbovun yoxluğu işimizə təsir etmir” - ÖZƏL

  • By admin
  • 14 Aprel 2023 14:42

“Hal-hazırda Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin sədrliyinə seçki məsələsi gündəmdə yoxdur. Mən sədrin birinci müavini kimi bu işi aparıram”.

 

HTML tutorial

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalov bu barədə suala cavabında bildirib.

Onun sözlərinə görə, Ali Məclis öz faəliyyətini normal qaydada davam etdirir: “Vasif Talıbovun yoxluğu işimizə hər hansı təsir göstərmir”.

“Vasif Talıbovun Ali Məclislə əlaqəsi varmı” sualına Azər Zeynalov “yox” cavabını verib: “Ali Məclis üzvləri buraya hər gün gəlmir”.  

 

Elmar Elnuroğlu

Gununsesi.info