
Müharibənin 15 günü ərzində Ukrayna Rusiyanın hücumundan ən azı 100 milyard dollar həcmində zərər çəkib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.
O bildirib ki, hərbi təcavüz nəticəsində infrastruktur, binalar, digər maddi dəyərlər məhv edilib, həmçinin Ukraynada müxtəlif təyinatlı müəssisələrin 50 faizi işini dayandırıb.
Gununsesi.info