
Krımın Ukrayna ilə sərhədinə yaxın ərazilərdə partlayışlar və atəş səsləri eşidilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksyonov bölgə sakinlərinə müraciətində bildirib.
Sergey Aksyonov müraciətində bunları deyib:
“Krımlıları əmin etmək istərdim ki, məndə partlayış və atəş səsləri eşidilən sərhəd bölgələrində baş verən hadisələrlə bağlı tam məlumat var. Bütün xidmətlər və dövlət qurumları əməliyyatları davam etdirir. Hazırda Krım və krımlılar üçün heç bir təhlükə yoxdur. Hüquq-mühafizə orqanları və Müdafiə Nazirliyinin bölmələri vəziyyətə tam nəzarət edir”.
Krımın rəhbəri həmçinin bildirib ki, cəbhə bölgələrində yerləşən bir neçə rayonda məktəb və uşaq bağçalarının fəaliyyəti dayandırılıb.
Onun sözlərinə görə, regional Fövqəladə Hallar Nazirliyinə potensial qaçqınlar üçün iki yerləşdirmə mərkəzi yaratmağı əmr edib.
Aksyonov əlavə edib ki, nazirlik həmin şəxsləri isti yemək və ilkin tələbat malları ilə təmin edəcək.
Gununsesi.info