
Belarusdan Ukraynaya atılan raket zərərsizləşdirilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədəUkrayna Baş Qərargah İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bir neçə dəqiqə əvvəl Tu-22 təyyarəsi ilə Belarus Respublikası ərazisindən Ukraynanın paytaxtına atılan qanadlı raketi havada zərərsizləşdirib:
“Bu, Belarus Respublikası və Rusiya Federasiyasının növbəti hərbi cinayətidir”.
Gununsesi.info