Polis nəfəri avtoqəzada həyatını itirib

  • By Günel
  • 15 Noyabr 2024 21:04

Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info -ya bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub.

Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb.

Gununsesi.info