Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb: - araşdırma aparılır - RƏSMİ

  • By Günel
  • 06 Fevral 2025 11:58

Ucar rayonunda Rəstəcə kənd tam orta məktəbin 9 -cu sinif şagirdi sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Mərkəzi Aran Regoinal Təhsil İdarəsi məlumat yayıb.

“Məsələ ilə bağlı bildiririk ki, 04 fevral 2025-ci il tarixdə saat 08:10 radələrində Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin 9-cu sinif şagirdi öz sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb”,- məlumatda qeyd olunub.

Vurğulanıb ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

“Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, – idarədən bildirilib.

Gununsesi.info