Bakıda iki avtomobil toqquşub: - xəsarət alan var

  • By Günel
  • 06 Fevral 2025 08:17

Bakının Nizami rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1986-cı il təvəllüdlü Nəbiyev Nicat Firidun oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.(Report.az)

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info