
Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, şübhəli şəxs qismində merin nəvəsi saxlanılıb.
Qeyd edək ki, Tarxov 2006-2010-cu illərdə mer vəzifəsində çalışıb.