İtaliyada helikopter qəzası: 3 nəfər ölüb

  • By Günel
  • 06 Fevral 2025 12:23

İtaliyanın şimalında Parma şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, ötən gün saat 19:30 radələrində İtaliyanın Parma şəhərinin Kastelqelfo şəhərində helikopter qəzaya uğrayıb.

Bildirilib ki, helikopterdə olan iki pilot və iş adamı Lorenzo Rovaqnati qəza nəticəsində həyatını itirib.

Qeyd edilib ki, qəza sıx duman və ya quyruq rotorunda mexaniki nasazlıq səbəbindən görmə qabiliyyətinin azalması səbəbindən pilotun səhvi nəticəsində baş vermiş ola bilər.

İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyinin (ANSV) helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlandığı, Parma Respublika Prokurorluğunun isə helikopterin qara qutusunun tapılaraq araşdırılmasına göstəriş verildiyi bildirilib.

Günel Həsənova 

Gununsesi.info