Ağcabədidə bir nəfər kanalda batıb

  • By Günel
  • 06 Fevral 2025 11:00

Ağcabədidə bir nəfər kanalda batıb.

Bu barədə Gununsesi.info– ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Gununsesi.info