Tvitter Süleyman Soyluya xəbərdarlıq etdi

  • By turana
  • 02 Fevral 2021 21:57

Tvitter administrasiyası Türkiyə daxili işlər naziri Süleyman Soylunun hesabına xəbərdarlıq mesajı göndərib.

Gununsesi.info xəbər verir ki, Soylunun Tvitterin siyasətinə zidd paylaşım etdiyi bildirilib.

Tvitterin xəbərdarlığından sonra Türkiyə DİN rəhbəri Teleqramdan aktiv şəkildə istifadə edəcəyini deyib.

Qeyd edək ki, bir müddət əvvəl Soylu “Kəbəni təhqir edən LGBT pozğunlarına səbr göstərməliyikmi? Əlbəttə, xeyr. Rektorluq binasını işğala cəhd edən LGBT pozğunlarının hərəkətlərinə göz yummalıyıqmı? Əlbəttə, xeyr”, deyə yazmışdı.

 

Gununsesi.info